Haqqımızda

10 il sizin xidmətinizdə

Texniki Destek

  • İnformasiya Texnologiyalarına texniki dəstək xidməti – informasiya sistemlərinin fasiləsiz işləməsi, istifadəçilərin lazım olduğu zamanda doğru və profesyonal dəstəyi ala bilməsi, şirkətlərin İT xidmətlərindən aldığı səmərənin ən yüksək həddə olması üçün vacib şərtdir.

Şirkətimiz müştərilərimizin biznes həllərinin qurulması və idarə olunmasında informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin həyata keçirməklə yanaşı sistemlərin fasiləsiz iş rejimini təmin etmək üçün texniki xidmət dəstəyi də göstərir. Texniki dəstək xidmətləri müqavilə əsasında “yerində” və “uzaqdan bağlantı” formalarında həyata keçirilir. Yüksək səviyyədə texniki xidmətin göstərilməsinə və informasiya təhlükəsizliyinə tam zəmanət verilir.

0
Fəaliyyətimiz
0
Şöbələr
0
Əməkdaşlarımız

Kompüter texnologiyaları artıq biznesin hər yönündə öz təsdiqini tapmış və bütün işlər artıq proqram təminatları ilə yerinə yetirilməkdədir. Biz də AtaTexnologiya şirkəti olaraq sizin biznesinizin avtomatlaşdırılmasında eyni zamanda var olan sistemin optimallaşdırmasını təklif edir. Sifarişçilərin istəklərinə uyğun texniki tapşırıq yazılır və düzgün texnologiyalar seçilərək proqram təminatı standartlarını qoruyaraq yüksək səviyyədə müasir həllər yaradır. Proqram təminatı istəkləriniz internet layihələrinən tutmuş çox şaxəli klient-server arxitekturalı həllər ola bilər. Biz həmçinin işlətdiyiniz sistemləri optimazyasını və başqa sistemlərə inteqrasyasını təklif edirik.

Şirkətimiz həmçinin veb texnologiyaları üzrə ixtisaslaşmışdır. Biz müasir texnologiyalardan istifadə edərək sizin istəklərinizə uyğun veb həllər təklif edirik. Veb texnologiyaları üzrə əsasən 2 istiqamətli həllər təklif edirik:

  • Veb tətbiqlər
  • Veb saytlar

İnternet çıxışı olan istənilən cihazdan öz biznesinizi idarə etmək və izləmək üçün müştərilərimizə veb tətbiq təklif edirik. Belə ki, veb tətbiqləri istər online istər isə daxili şəbəkədə istifadə edə bilərsiniz, biz həmçinin təhlükəsizlik standartlarını tətbiq edərək sisteminizdəki məlumatları xarici hücumlardan qoruyuruq. Müasir texnologiyalardan istifadə edərək sizə tam sürətli, təhlükəsiz və mobile dəstəkli sistemlər təklif edirik.

Müasir dünyada veb sayt şirkətlərin ən vacib faktorlarınan birinə çevrilib. Müştərilərinizə lazımi informasiyanı vermək, cəlb etmək və yeniliklərdən xəbərdar etmək üçün ən sürətli və müasir yoldur. Şirkətimiz müasir texnologiyalardan istifadə edərək, müştərilərin istəklərinə uyğun olaraq hər cür veb sayt hazırlayır.

Şirkətimiz Microsoft Office, əsasən Excel, Word, InfoPath, Outlook proqramları üçün əlavələr (Add-in) hazırlayır. Belə ki, istənilən sistemi bu əlavələrə inteqrasiya edərək öz işlərinizi daha asandlaşdıra bilərsiniz. Başqa proqramı açmadan Excel proqramından istifadə etdiyiniz sistemlərdə olan məlumatları əldə edə bilər və ya məlumat göndərə bilərsniz. Nümunə olaraq işlərimizdən biri olan mobis excel add-in göstərə bilərik. Bu əlavə excel-də olan məlumatlara əsasən toplu sms göndərir, filtr edir və səhv etmə şansınızı minimuma endirir.

Şirkətimiz İKT infrastrukturunun yaradılması, dəstəklənməsi və inkişafına yönəlik xidmətlər təklif edir:

  • Şəbəkə infrastrukturu
  • Kommunikasiya sistemləri
  • İnformasiya təhlükəsizliyi sistemləri
  • İKT infrastrukturunun monitorinqi və idarə edilməsi